"Everton"un heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Carred Brantueyt zədələnib.
İngiltərəli futbolçu Premyer Liqanın 33-cü turunun "Liverpul"la matçında (1:2) sağ ayaq əzələsindən zədə alıb. Brantueyt 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.
İngiltərə millisinin üzvü yayda keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Carred Brantueyt 2020-ci ilin yanvarından "Everton"da çıxış edir. 23 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
