Lamin Yamal La Liqada "Barselona – "Selta" oyununun ilk hissəsinin sonlarında zədələnib.
Sportal.az xəbər verir ki, Kataloniya klubunun vingeri penalti qazandırıb və 40-cı dəqiqədə özü onu dəqiq yerinə yetirib – 1:0.
Bundan dərhal sonra 18 yaşlı futbolçu əvəzlənməyə ehtiyacı olduğunu göstərib və meydançaya uzanıb. Onun penaltini vurarkən və ya zərbədən dərhal sonra bud əzələsini zədələdiyi ehtimal olunur.
Həkim heyəti ilə qısa söhbətdən sonra Yamal paltardəyişmə otağına yollanıb. Onun əvəzinə Runi Bardci meydana daxil olub.
Qeyd etmək lazımdır ki, eyni vaxtda tribunada azarkeşlərdən birinin səhhətində də problem yaranıb. Buna görə oyun dərhal bərpa edilməyib və fasilə təxminən 10 dəqiqədən çox davam edib.
saytlarin hazirlanmasi
