"Turan Tovuz" yeni mövsüm heyəti daha da gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, Tovuz təmsilçisinin transfer siyahısında yer alan oyunçular arasında Felipe Santos da var.
29 yaşlı vingerin mövsümün sonunda “Araz-Naxçıvan”dan ayrılaraq “Turan”a keçmək ehtimalı var.
Onun “Araz-Naxçıvan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Benin millisinin vingeri “Palmeyras”, “Ankaran”, “Maribor”, “Keşlə”, “Qəbələ”, “Hapoel Hayfa” klublarında oynayıb.
saytlarin hazirlanmasi
