Premyer Liqanı tərk edəcək daha bir komanda bəlli oldu

12:55 - 23 Aprel 2026

İngiltərə Premyer Liqasını bu mövsüm tərk edəcək daha bir komanda bəlli olub.

Sportal.az xəbər verir ki, Premyer Liqanın 34-cü turunda "Mançester Siti"yə 0:1 uduzan "Börnli" Çempionşipə düşüb.

Onlar 34 turdan sonra cəmi 20 xalla 17-ci pillədədir.

Qeyd edək ki, daha əvvəl "Vulverhempton" Premyer Liqanı tərk etmişdi. 

Xəbər xətti