La Liqa klubunun yeni baş məşqçisi açıqlandı

14:37 - 5 May 2026

"Atletik" mövsümün sonunda Ernesto Valverde ilə yollarını ayıracağını açıqlayıb.

Sportal.az xəbər verir ki, La Liqa klubunun yeni baş məşqçisi artıq müəyyənləşib.

Bilbao təmsilçisini yeni mövsümdə Edin Terziç çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. 43 yaşlı məşqçi 1 iyul tarixində işə başlayacaq.

Qeyd edək ki, Edin Terziçin son iş yeri 2024-cü ilin iyununda ayrıldığı Dortmund "Borussiya"sı olub.

Xəbər xətti