"Tottenhem" "Liverpul"dan 95 milyon avro tələb edir

15:32 - 5 May 2026

"Liverpul" klubla 1 illik müqaviləsi qalan Vircil van Dayka əvəzləyici axtarır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Tottenhem"də çıxış edən Miki van de Vendir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Liverpul" niderlandlı mərkəz müdafiəçisini yayda heyətinə qatmaq çalışacaq. Klubu 25 yaşlı futbolçu üçün 95 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Tottenhem" Miki van de Veni 2023-cü ilin yayında "Volfsburq"dan 40 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti