Futbol üzrə Azərbaycan I Liqasında XXVV tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qqarşılaşma baş tutub.
"Şahdağ Qusar" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Mingəçevir"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 41-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 45 xalı olan "Mingəçevir" isə 3-cü yerdədir.
"Şahdağ Qusar" - "Mingəçevir" 2:0
Qollar: K.Adjey, 10, A.Çipesse, 72
