"Atletiko" "Brentford"un hücumçusu İqor Tyaqo ilə yaxından maraqlanır.
Sportal.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
İspaniya klubu braziliyalı futbolçuya iddialı olan çoxsaylı namizədlərdən yalnız biridir. "Brentford" rəhbərliyi futbolçunu komandada saxlamağın çətin olacağını dərk edərək, artıq onun üçün potensial əvəzləyici axtarışlarına başlayıb. Seçimlər arasında Kiyev "Dinamo"sunun hücumçusu Matvey Ponomarenkonun da adı çəkilir.
İqor Tyaqo cari mövsümdə bütün turnirlər daxil olmaqla 37 matçda iştirak edib, 25 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı forvardın transfer dəyəri təxminən 50 milyon avro qiymətləndirilir. Braziliya millisinin üzvünün "Brentford"la müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
saytlarin hazirlanmasi
