"Şamaxı"nın qapıçısı Rikardo Fernandesin "Zirə"yə keçidi baş tutmayacaq. Tyaqo Silvanı "Zirə"də əvəz edəcəyi iddia olunan Rikardo böyük ehtimalla "Şamaxı"da qalacaq.
Portuqaliyalı qolkiper Sportal.az saytına açıqlamasında bununla bağlı danışıb. 31 yaşlı futbolçu hazırkı klubu ilə müqaviləsi olduğunu deyərək, yeni mövsümə də "Şamaxı"da başlayacağını söyləyib:
“Bu barədə heç nə bilmirəm. Sadəcə mediada yazılanları oxumuşam. Bu mövzu ilə bağlı məlumatım yoxdur. Mən “Şamaxı”nın futbolçusuyam və bu klubla müqaviləm qüvvədədir. Maraqlanan klubların olub-olmadığını deyə bilmərəm”.
saytlarin hazirlanmasi
