Andradeni Azərbaycandan fantastik maaşa apardılar! - HƏMİN MƏBLƏĞ

21:12 - 19 İyun 2026

“Qarabağ”dan ayrılan Leandro Andrade karyerasını Ukraynada davam etdirəcək.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Kabo-Verdedən olan yarımmüdafiəçi “Polessye” ilə 3 illik sözləşməyə qol çəkəcək.

Leandronun Azərbaycanı tərk etməsinin kökündə maliyyə şərtləri dayanır.

Jitomir təmsilçisi 26 yaşlı futbolçuya fantastik maaş təklif edib.

Nə qədər?

Hər ilə görə 1 milyon avro.

Bu isə 3 illik anlaşma üçün 3 milyon avro deməkdir.

2022-ci ilin yanvar ayından “köhlən atlar”ın şərəfini qoruyan 26 yaşlı futbolçu bütün turnirlərdə 213 oyunda meydana çıxmaqla 60 qol vurub, 61 qolun ötürməsini verib.

“Qarabağ” mövsüm başa çatandan sonra Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmaee, Toral Bayramov və Kevin Medina ilə rəsmən yollarını ayırıb.

Elvin Cəfərquliyevlə Abbas Hüseynov isə əsas komandadan uzaqlaşdırılıb.

Xəbər xətti