"Yuventus" Paulo Dibalanın Turinə qayıdışı imkanını araşdırır.
Sportal.az xəbər verir ki, “Yuventus” argentinalı hücumçunun agenti ilə əlaqə saxlayaraq mümkün transferin maliyyə şərtlərini müzakirə edib. Hazırda söhbət yalnız ilkin təmasdan gedir və Turin klubunun rəsmi təklif hazırlayıb-hazırlamayacağı hələ məlum deyil.
32 yaşlı futbolçunun "Roma" ilə müqaviləsi ayın sonunda başa çatır. "Roma" rəhbərliyi uzun müddətdir onunla yeni müqavilə üzərində işləyir. Klubun hazırkı təklifi illik 2,5 milyon avro maaşdır, lakin Dibala və nümayəndələri 3 milyon avro maaş və əlavə bonuslar tələb edirlər.
Tərəflər arasında bir illik, daha bir mövsüm uzatma imkanı olan müqavilə variantı da müzakirə olunur.
Dibala 2022-ci ildə azad agent kimi "Roma"ya keçməzdən əvvəl yeddi mövsüm ərzində "Yuventus"un formasını geyinmiş, klubun əsas ulduzlarından biri olmuşdu. Buna görə də onun mümkün dönüşü həm azarkeşlər, həm də İtaliya mətbuatında böyük maraq doğurur.
saytlarin hazirlanmasi
