Əlcəzair Futbol Federasiyası FİFA-ya Argentina millisi ilə oyundakı hakimliklə bağlı rəsmi şikayət göndərib.
Sportal.az xəbər verir ki, əlcəzairlilər baş hakim Şimon Marçiniakın bir neçə vacib epizodda qərarlarının komandanın zərərinə olduğunu və oyunun gedişinə təsir etdiyini düşünürlər. Qarşılaşma Argentinanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Şikayətdə xüsusilə iki epizod qeyd olunub:
Oyunun 31-ci dəqiqəsində Lionel Messinin butsunun şipləri ilə Aissa Mandinin baldır nahiyəsinə basdığı və müdafiəçini yerə yıxdığı bildirilir. Əlcəzair tərəfi bu epizodun heç bir kartla cəzalandırılmamasından narazıdır.
74-cü dəqiqədə isə Aleksis Mak Allisterin İbrahim Mazaya dirsəklə zərbə endirdiyi iddia olunur. Maza zərbədən sonra yerə yıxılsa da, hakim qayda pozuntusu qeydə almayıb.
Əlcəzair Futbol Federasiyası hesab edir ki, bu epizodlar daha ciddi şəkildə qiymətləndirilməli idi. Hələlik FIFA tərəfindən şikayətlə bağlı rəsmi qərar açıqlanmayıb.
saytlarin hazirlanmasi
