Braziliya prezidenti Luiz Inaçio Lula da Silva millinin ulduzu Neymar haqqında zarafat edib.
Sportal.az xəbər verir ki, o, vətəndaşlarla görüş zamanı bir uşağa “hazırda ən yaxşı braziliyalı futbolçu kimdir?” sualını verib. Uşaq Neymarı seçdikdə prezident belə cavab verib:
“Neymar? O hazırda ümumiyyətlə oynamır!”
Daha sonra Lula sosial şəbəkələrdə gördüyü bir zarafatı xatırladıb və deyib ki, “Neymar dünyada milli komandaya sanki uzaqdan "distant" rejimdə çağırılan ilk futbolçudur”. Prezident bunu öz fikri kimi deyil, internetdə gördüyü şərh kimi təqdim edib və əlavə edib ki, bu gedişlə gələcəkdə Braziliya yığmasını hətta süni intellektlə qurmaq lazım ola bilər.
Qeyd edək ki, Neymar zədə səbəbindən Braziliya millisində çempionatın ilk oyununu buraxıb və ikinci tur matçında da oynamayacağı bildirilir.
saytlarin hazirlanmasi
