32 ildir qrup mərhələlərində məğlub olmayan milli komanda

00:33 - 21 İyun 2026

Niderland millisi DÇ-2026-nın 2-ci turunda İsveç üzərində 5:1 hesablı inamlı qələbə qazanaraq təsirli seriyasını davam etdirib.

Sportal.az xəbər verir ki, bu nəticədən sonra niderlandlılar dünya çempionatlarının qrup mərhələsində 1994-cü ildən bəri məğlub olmurlar. Onların qrup mərhələsindəki son məğlubiyyəti ABŞ-da keçirilən DÇ-1994-də Belçika millisinə qarşı 0:1 hesablı oyun olub. Həmin mundialda Niderland 1/4 finala qədər irəliləmiş və burada Braziliya yığmasına 2:3 hesabı ilə uduzmuşdu.

Sonrakı dünya çempionatlarında komanda qrup mərhələsini həmişə məğlubiyyətsiz keçib:

DÇ-1998-də yarımfinala yüksəlib, daha sonra üçüncülük oyununda Xorvatiya yığmasına məğlub olub.

DÇ-2006-da 1/8 finalda Portuqaliya millisinə uduzub.

DÇ-2010-da finala qədər irəliləyib və həlledici oyunda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.

DÇ-2014-də yarımfinalda Argentinaya penaltilər seriyasında uduzub.

DÇ-2022-də isə yenə Argentina ilə 1/4 finalda penaltilərlə mübarizəni dayandırıb.

Beləliklə, Niderland artıq 32 ildən çoxdur ki, dünya çempionatlarının qrup mərhələsində məğlubiyyət üzü görmür və bu, turnir tarixinin ən uzun seriyalarından biridir.

Xəbər xətti