"Qarabağ"ın legionerinin hansı kluba keçəcəyi dəqiqləşdi - Ağdam klubu 5 milyon avro qazanacaq

09:48 - 21 İyun 2026

"Qarabağ"ın cinah oyunçusu Lendro Andrade Ukrayna klubuna keçməyə yaxındır.

Sportal.az xəbər verir ki, “BurBuzz” teleqram kanalı kabo-verdelinin hansı komandaya keçəcəyini də yazıb.

Onların iddiasına görə, “Polessye” Andradenin keçidini həll edib. Bunun üçün “Qarabağ” 5 milyon avroya yaxın qazanacaq.

Andrade 2022-ci ilin yanvar ayından "Qarabağ"da çıxış edir və onun müqavilə müddəti gələn mövsümün sonuna qədərdir.
 

Xəbər xətti