"Yuventus"dan 35 milyon avroluq transfer

14:12 - 30 İyul 2026

"Yuventus" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Bayer"ə məxsus olan Kerim Alaybeqoviçin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Yuventus" bosniyalı vinger üçün Almaniya klubuna 35 milyon avro təzminat ödəyəcək. 18 yaşlı ön xətt oyunçusu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, "Bayer" 2025-ci ilin yayında "Zaltsburq"a 2 milyon avroya satdığı Kerim Alaybeqoviçi bu il 8 milyon avro qarşılığında geri qaytarıb. Bosniya və  Herseqovina millisinin üzvü 2025/26 mövsümündə Avstriya təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti