Yunanıstanlı müdafiəçi "Roma"ya keçir

14:59 - 30 İyul 2026

"Volfsburq"un müdafiəçisi Konstantinos Kulierakis karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, Bundesliqanı tərk edən klubun futbolçusu "Roma"ya keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya klubu yunanıstanlı mərkəz müdafiəçisi üçün 15  milyon avro təzminat ödəyəcək. 22 yaşlı arxa xətt oyunçusu ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Volfsburq" Konstantinos Kulierakisi 2024-cü ilin yayında PAOK-dan 11,7 milyon avroya transfer edib. Yunanıstan millisinin üzvü 2025/26 mövsümündə Bundesliqada meydana çıxdığı 29 matçda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti