UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin "Sabah"la "Orhus" arasında baş tutacaq cavab matçının təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, Bakıda təşkil olunacaq görüşü Portuqaliyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Oyunun baş hakimi Joau Pineyru olacaq. Ona yan xətlərdə Lusianu Maya və Hüqo Markes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək. VAR-da Tiaqu Martins, AVAR-da isə Andre Narkiso əyləşəcək.
Qeyd edək ki, "Sabah" - "Orhus" qarşılaşması avqusun 11-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi
