İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Kristal Pelas"dan Maksens Lakruanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Çelsi" fransalı futbolçu üçün 60 milyon avro təzminat ödəyib. 26 yaşlı mərkəz müdafiəçisi ilə 2032-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Kristal Pelas" Maksens Lakruanı 2024-cü ilin yayında "Volfsburq"dan 18 milyon avroya transfer etmişdi. Fransa millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 98 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
