"Roma"nın futbolçusu Matias Sule karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" argentinalı vingeri transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İtaliya klubu 23 yaşlı ön xətt oyunçusu üçün "ağ-qaralar"dan 35 milyon avro tələb edir.
Qeyd edək ki, "Roma" Matias Suleni 2024-cü ilin yayında "Yuventus"dan 28 milyon avroya transfer edib. Argentina millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
