"Real"ın müdafiəçisi sıradan çıxdı

16:47 - 30 İyul 2026

"Real"ın müdafiəçisi Raul Asensio yeni mövsümün bir neçə turunu buraxmalı olacaq.

Sportal.az "AS"a istinadən xəbər verir ki, “kral klubu”nun futbolçusu sağ düz bud əzələsindən zədələnib.

Asensio təxminən altı həftə oynaya bilməyəcək. Daha əvvəl "Arsenal", "Marsel" və "Benfika" klublarının maraq dairəsində olmuş ispan müdafiəçi “Real”da qalıb.

Ötən mövsüm Asensio bütün turnirlərdə 34 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Müdafiəçinin İspaniya nəhəngi ilə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti