ÇSKA(Sofiya) klubunun baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"”ı mübarizədən kənarlaşdırmaqları haqda danışıb.
Sportal.az xəbər verir ki, bolqar mütəxəssis "Qarabağ"ın çox güclü komanda olduğunu bildirib:
"Burada söhbət motivasiyadan yox, komandanın taktiki savadından gedir. Məşqçi heyətimi təbrik edirəm. Rəqibi təhlil etmək və ona qarşı düzgün mübarizə aparmaq üçün çox çalışdıq. Bilmirəm, insanlar necə böyük komandanı mübarizədən kənarlaşdırdığımızı anlayırmı? Bizə azarkeşlərin dəstəyi lazımdır və onlara təşəkkür edirəm. Qarşı tərəfdə 17 illik təcrübəyə malik baş məşqçi və ötən mövsüm “Benfika”ya qalib gəlmiş, “Çelsi” ilə heç-heçə etmiş komanda var idi. Göstərmək istəyirdik ki, gördüyümüz iş o qədər də pis deyil. Mənə qalan yeganə şey inamdır. Bəzən onu itirir və bu vəziyyətin öhdəsindən gəlib-gəlməyəcəyimiz barədə tərəddüd edirəm. Amma ümidsiz deyiləm. Nəyə qadir olduğumu bilirəm".
saytlarin hazirlanmasi
