Misli Premyer Liqasında yeni dövr: “APL Fantasy” tətbiqi ictimaiyyətə təqdim olundu

11:04 - 31 İyul 2026

Misli Premyer Liqası üçün hazırlanan “APL Fantasy” tətbiqinin rəsmi təqdimat mərasimi baş tutub.

Sportal.az xəbər verir ki, tədbir Bakıda yerləşən “Radisson” otelində keçirilib.

Təqdimatda AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı direktor Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki direktor Elgiz Abbasov, eləcə də futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Cahangir Fərəcullayev yeni layihənin Azərbaycan futbolunda azarkeş fəallığının artırılmasına töhfə verəcəyini bildirib və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra PFL-in texniki direktoru Elgiz Abbasov “APL Fantasy” layihəsinin məqsədi və funksiyaları barədə ətraflı məlumat verib. Tətbiqin yaradıcısı Ziya Əsgərov isə platformanın iş prinsipi, qeydiyyat və istifadə qaydalarını təqdim edərək iştirakçıların suallarını cavablandırıb.

Xəbər xətti