Mareska argentinalı futbolçunu "Mançester Siti"də görmək istəyir

00:24 - 7 Avqust 2026

Enzo Mareska mümkün ayrılıq halında Rodrinin əvəzini keçmiş futbolçularından biri ilə doldurmaq istəyir.

Sportal.az xəbər verir ki, daha əvvəl "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin "Barselona" ilə müqavilə şərtlərini razılaşdırdığı bildirilmişdi.

İspaniyalı futbolçu komandadan ayrılsa, Mareska onun yerində Enzo Fernandezni görmək istəyir. İtaliyalı mütəxəssis argentinalı yarımmüdafiəçi ilə əvvəllər "Çelsi"də birlikdə çalışıb.

Hazırda bu transferin baş tutub-tutmayacağı bəlli deyil. Çünki London klubu Enzo Fernandes üçün çox yüksək transfer məbləği tələb edir.

Xəbər xətti