Türkiyə millisinin və “Porto”nun hücumçu Deniz Gül karyerasında dəyişiklik edə bilər.
Sportal.az xəbər verir ki, 22 yaşlı forvardın xidmətində maraqlı olan klublar var.
Əslində, “Qalatasaray” onu artıq bu yay transfer etməyi düşünürdü. Lakin Gülün DÇ-2026-da effektsiz performansı “cim-bom”un rəsmilərinin fikirlərini dəyişmişdi.
Rusiyanın “Spartak” klubu isə gənc forvardı bir illik icarəyə götürmək istəyir.
Onun “Porto” ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. Deniz əvvəllər “Hammarbü”də çıxış edib.
