Bu gün Misli Premyer Liqasının 5-ci turunun daha iki görüşü keçirilib.
Sportal.az xəbər verir ki, “Araz-Naxçıvan” Şamaxıda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Günün son matçı isə “Zirə” və “Qarabağ” klubları arasında baş tutub. Burada da heç-heçə qeydə alınıb.
“Araz-Naxçıvan” – “Turan Tovuz” 2:2
Qollar: Hakman 7(avtoqol), Ağadadaş Salyanski 87(p) - Vaci 51, Jo Batista 75
Baş hakim: Elçin Məsiyev
Şamaxı şəhər stadionu
19:00 “Zirə” – “Qarabağ” 1:1
Qollar: İssa Cibrilla, 56 - Aleksey Kaşuk, 65
Baş hakim: Rəşad Əhmədov
Bakı, Zirə İdman Kompleksinin Stadionu
