Almaniya millisinin üzvü "Barselona"ya keçə bilər

19:56 - 13 Sentyabr 2026

"Borussiya"nın müdafiəçisi Niko Şlotterbek karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" almaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Kataloniya nəhənginin baş məşqçisi Hans Flik həmyerlisini komandasında görmək istəyir.

Şlotterbekin klubu ilə müqaviləsində 60 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. 26 yaşlı mərkəz müdafiəçisi ilə "Çelsi", "Liverpul", "Mançester Siti" və "Real" da maraqlanır.

Qeyd edək ki, "Borussiya" Nilko Şlotterbeki 2022-ci ilin yayında "Frayburq"dan 20 milyon avroya transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə Dortmund təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti