"Real" mövsümün sonunda müqaviləsi başa çatan Tibo Kurtua ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi belçikalı qolkiperlə anlaşmanın müddətini uzadacaq. Bu barədə AS nəşri məlumat yayıb.
33 yaşlı "əlcək sahibi" ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, "Real" Tibo Kurtuanı 2018-ci ilin yayında "Çelsi"dən 35 milyon avroya transfer edib. Belçika millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda qapısında 5 qol görüb.
saytlarin hazirlanmasi
