"Yuventus"un heyətində heç bir italiyalı futbolçu yoxdur - tarixində ilk dəfə

23:30 - 13 Sentyabr 2026

“Yuventus” italiyalı futbolçuların sayına görə klub antirekordu müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, A Seriyasının “Sassuolo” ilə matçında baş məşqçi Luçano Spalletti start heyətinə İtaliyadan olan heç bir meydan oyunçusunu daxil etməyib. Komandada yeganə yerli futbolçu qapıçı Qulyelmo Vikario olub.

Turin təmsilçisi tarixində ilk dəfə çempionat matçına meydanda heç bir italiyalı futbolçu olmadan başlayıb.

Xəbər xətti