Türkiyədə 1-ci Liqanın 7-ci turu çərçivəsində bir sıra oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan futbol millisinin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi “Bursaspor” doğma meydanda “Erokspor”la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bayramov 63-cü dəqiqədə meydana daxil olub. Həmin vaxt bütün qollar artıq vurulmuşdu.
Hazırda “Bursaspor” 16 xalla turnir cədvəlinə liderlik edir.
saytlarin hazirlanmasi
