"Sumqayıt"ın müdafiəçilərinə milli dəvət

17:18 - 21 Sentyabr 2026

“Sumqayıt”ın müdafiəçiləri İsa Suliman və İmani Barker müvafiq olaraq Pakistan və Fransa Qvianası millilərinə dəvət alıb.

Sportal.az xəbər verir ki, Pakistan FIFA ASEAN Cup turnirinin B qrupunun oyunları çərçivəsində Tayland, Filippin və Vyetnam milliləri ilə qarşılaşacaq.

Fransa Qvineyası isə CONCACAF Millətlər Liqasının B Liqasının D qrupunun oyunları çərçivəsində Sent-Vinsent və Qrenadinlər, Sint-Marten və Beliz milliləri ilə üz-üzə gələcək.

Xəbər xətti