“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona”nı Hansi Flikin rəhbərliyi altında nümayiş etdirdiyi oyuna görə tərifləyib.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis La Liqanın 7-ci turunda “Real” üzərində derbidə qazandıqları 2:1 hesablı qələbədən sonra ESPN-ə açıqlamasında bunları qeyd edib:
“Onlar möhtəşəm futbol oynayırlar. Hazırda onlar digərlərindən daha güclüdür. Mövcud formalarına əsasən, liqanın ən yaxşı komandasıdır”.
saytlarin hazirlanmasi
