“Qarabağ”ın keçmiş məşqçisi Premyer Liqanı istəyən klubda

18:57 - 12 Oktyabr 2026

I Liqanın iddialı mənsublarından "Səbail"də yeni təyinat olub.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın sabiq məşqçisi Elvin Alıyev burada işə başlayıb.

O, Elnur Abdullayevin fiziki hazırlıq üzrə köməkçisi postuna gətirilib.

Vaxtilə Qurban Qurbanovla bir yerdə çalışmış mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin yayınadək qüvvədə qalacaq.

Qubaya köçməyə hazırlaşan klub Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparır. Sabiq "dənizçilər" dörd turdan sonra turnir cədvəlində 3-cü yeri tutur.

Səkkiz xala malik komanda bu müddətdə 2 qələbə qazanıb, 2 dəfə heç-heçə edib.

Xəbər xətti