"Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev bir müddət əvvəl mətbuata açıqlamasında demişdi ki, oktyabrın əvvəlində İdarə Heyətinin iclası keçiriləcək. Həmin görüşdə Quliyevin klubdan ayrılmaq ehtimalının olduğuna dair söhbətlər gəzir(di) kuluarlarda.
"Şəfa"ilə oyundan sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyevə bu barədə sual verilib. Rusiyalı mütəxəssis suala çox təəccüblənib və məsləhət görüb ki, hər şeyi Ehtiram bəyin özündən soruşsunlar. Belə baxanda haqlıdır, məşqçi nə bilsin ki, rəhbərlikdə nə baş verir... Amma Berdiyev yəqin bilmir ki, "Turan Tovuz"da çalışanlardan kimdən nə soruşursansa, adətən "xəbərim yoxdur" tipli cavablar eşitməli olursan.
Yaxşı olar ki, "Turan Tovuz" klub olaraq bu mövzuda bəyanat yaysın ki, iclas olacaq, ya olmayacaq, Ehtiram Quliyev gedir, yoxsa qalır? Qeyri-müəyyənlik davam etdikcə ortaya çox suallar çıxacaq.
Sportal.az
saytlarin hazirlanmasi
