UEFA Çempionlar Liqasının əsas mərhələsində yarışan "Sabah"ın U-19 komandası bu gün Gənclər Liqasında ikinci oyununu keçirib.
Sportal.az xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçi olduğu kollektiv Masazırda "Slaviya" (Çexiya) ilə qarşılaşıb.
Saat 15:00-da start götürən matçı norveçli Marius Hansen Qrotta idarə edib. Görüş Praqa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Sabah" ilk turda "Mançester Yunayted"ə uduzub (0:5), "Slaviya" isə "Lans"ı məğlub edib (2:1).
UEFA Gənclər Liqası
II tur
"Sabah" U-19 - "Slaviya" U-19 0:3
Qollar: B. Szivala, 5, M.Kotrba, 40, L. Savoviç, 90+4
