Elçin Məsiyev Avroliqa matçına təyinat aldı

15:54 - 13 Oktyabr 2026

Azərbaycanlı hakim Elçin Məsiyev beynəlxalq təyinat alıb.

Sportal.az xəbər verir ki, FIFA referisi UEFA Avropa Liqası Liqa mərhələsinin II turunun "Çelye" (Sloveniya) - "Omoniya" (Kipr) matçını idarə edəcək.

Ona yan xətlərdə Elşad Abdullayevlə Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto, AVAR-da isə həmyerlimiz Nicat İsmayıllı əyləşəcək.

Qeyd edək ki, "Çelye" - "Omoniya" qarşılaşması oktyabrın 15-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Xəbər xətti