Azərbaycanın minifutbol üzrə U-23 milli komandası dünya çempionatında ilk matçına çıxıb.
Sportal.az xəbər verir ki, milli Rumıniyadan olan həmyaşıdları ilə qarşılaşıb. Görüş 3:3 hesablı bərabərliklə başa çatıb.
Azərbaycan millisinin qollarını Xəzər Ağalızadə, Nihad Ağayev və Fərid Abbasov vurub.
Qeyd edək ki, dünya çempionatı Xorvatiyada keçirilir. Turnir oktyabrın 16-nadək davam edəcək.
saytlarin hazirlanmasi
