"Flamenqo"nun yarımmüdafiəçisi Jorjinyonun dopinq testinin nəticəsi pozitiv çıxıb.
Sportal.az xəbər verir ki, bu barədə "Radio Globo"nun müxbiri Renan Mura məlumat yayıb.
İtaliyalı futbolçu təkrar test verəcək. Nəticə bu dəfə də müsbət çıxsa, 34 yaşlı dayaq yarımmüdafiəçisini 6 aydan 2 ilədək futboldan uzaqlaşdırılma cəzası gözləyir.
Qeyd edək ki, Jorjinyo 2025-ci ilin yayından "Flamenqo"da çıxış edir. İtaliya millisinin sabiq üzvü cari mövsümdə Braziliya təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl "Verona", "Sambonifakese", "Napoli", "Çelsi" və "Arsenal"ın da formasını geyinib.
saytlarin hazirlanmasi
