"Qalatasaray"la müqaviləsi növsümün sonunda başa çatan Jankat Yılmaz karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Türkiyə U-21 millisinin üzvü İstanbul nəhənginin yeni sözləşmə təklifini qəbul etməyib. Fransa təmsilçisi bunu nəzərə alaraq 22 yaşlı qolkiperlə danışıqlara başlayıb.
Qeyd edək ki, Jankat Yılmaz "Qalatasaray"ın yetirməsidir. O, cari mövsümdə "sarrı-qırmızılar"ın heyətində 1 rəsmi matçda meydana çıxıb və qapısında 2 qol görüb.
saytlarin hazirlanmasi
