La Liqa klubu ingiltərəli vingerə müqavilə təklif etdi

13:55 - 24 Oktyabr 2026

Yayda "Mançester Yunayted"dən ayrılan Ceydon Sanço karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

"Xetafe" azad agent statusunda olan ingiltərəli vingeri heyətinə qatmaq istəyir. "Tünd mavilər" 26 yaşlı futbolçuya 450 min avro maaş olmaqla mövsümün sonuna kimi nəzərdə tutulaan müqavilə təklif ediblər.

Qeyd edək ki, Ceydon Sanço ötən mövsüm icarə əsasında "Aston Villa"da çıxış edib. İngiltərə millisinin sabiq üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 1  qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti