Premyer Liqada 3 klub “Gəncəbasar”ın bombaridi ilə maraqlanır

14:59 - 24 Oktyabr 2026

"Gəncəbasar"ın futbolçusu Dileyn Açimi Azərbaycan Premyer Liqası klublarından birinə keçə bilər.

Sportal.az xəbər verir ki, Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

I Liqada 12 qolla bombardir olan 21 yaşlı kamerunlu hücumçu bir neçə Premyer Liqa klubunun diqqətini çəkib. Belə ki, "Qəbələ" və "Şəfa" ilə yanaşı, "Kəpəz" də afrikalı forvardın xidmətində maraqlıdır.

Məlumata görə, Açiminin gələcək taleyinin qış "transfer pəncərəsi"ndə müəyyənləşəcəyi gözlənilir.

Qeyd edək ki, Dileyn Açimi ötən mövsüm I Liqada 14 qola imza atıb. Kamerunlu hücumçu cari mövsümdə isə keçirdiyi 6 oyunda 12 dəfə fərqlənib.

Xəbər xətti