Qurban Qurbanov "Fənərbaxça"nı çalışdıracaq? - İDDİA

12:48 - 29 Oktyabr 2026

Türkiyə mətbuatı İsmayıl Kartalın istefasından sonra "Fənərbaxça"ya rəhbərlik etmək üçün potensial namizədlər müzakirə edilərkən, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu da xüsusi olaraq qeyd ediblər.

Sportal.az “Superhaber” portalına istinadən xəbər verir ki, türkiyəli jurnalist və şərhçi Serdar Ali Çelikler Qurban Qurbanovun adını namizədlər siyahısında ilk “beşlik”də olduğunu deyib: 

"Kartalın yerinə Vinçentso Montella, Qurban Qurbanov, Bülent Uyğun, Abdullah Avcı və ya Volkan Dəmirəl gələ bilər".

Qeyd etmək lazımdır ki, Dirk Kuyt İstanbul komandasının müvəqqəti baş məşqçisi təyin edilib.

Xəbər xətti