“Gəncəbasar” PFK-ya yeni prezident təyin olunub.
Sportal.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Gəncəbasar” Peşəkar Futbol Klubunun təsisçisi Həşim Mövsümzadənin əmri ilə Namik Ələddin oğlu Qədirov klubun yeni prezidenti təyin edilib.
Namik Qədirov klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.
saytlarin hazirlanmasi
