İcarə əsasında "Sevilya"da çıxış edən Yussuf Fofana karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Tottenhem" fransalı yarımmüdafiəçisi transfer etmək istəyir. Bu barədə "Ficherio" nəşri məlumat yayıb.
London klubu Fofananın müqavilə ilə məxsus olduğu "Milan"la danışıqlara başlayıb. A Seriyası nəhəngi yayda 27 yaşlı futbolçunu satmağın əleyhinə deyil.
Qeyd edək ki, "Sevilya" Yussuf Fofananı mövsümün əvvəlində icarəyə götürüb. Fransa millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
