Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul nəhənginin ulduz futbolçusu Viktor Osimhen sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı hücumçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turunun "Ştutqart"la matçında (2:0) zədələnib. Osimhenin sol dizində gərilmə müşahidə olunub. 27 yaşlı forvard əməliyyat olunacaq. Onun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.
Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni 2024-cü ilin yayında "Napoli"dən transfer edib. Nigeriya millisinin üzvü cari mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
