"Real"ın futbolçusu "Mançester Yunayted"in hədəfində

03:48 - 13 İyul 2013

Modriç yenidən Premyer Liqaya qayıda bilər 

 
"Mançester Yunayted" "Real"ın futbolçusu Luka Modriçi transfer etməyi planlaşdırır.
 
Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Devid Moyes xorvatiyalı yarımmüdafiəçini komandasında görmək istəyir.  Artıq 27 yaşlı futbolçu ilə danışıqlara başlayan "Mançester Yunayted" Madrid klubunun yeni baş məşqçi Karlo Ançelottinin Modriçlə bağlı verəcəyi qərarı gözləyir. 
 
Qeyd edək ki, Modriç "Real"a İngiltərənin "Tottenhem" klubundan transfer olunmuşdu.

Xəbər xətti