"Bir gəmidə iki kapitan problem yarada bilər"

15:55 - 8 Avqust 2013

"İkisini eyni komandada bir neçə il sonra oynatmaq daha yaxşı olardı"
 
Hollandiya futbolunun canlı əfsanələrindən Yohan Kroyf “Barselona”nın ulduz oyunçusu Lionel Messi və yeni transfer Neymar haqqında fikirlər söyləyib.
 
Sportal.az xəbər verir ki, Peru mətbuatına danışan Kroyf hər iki futbolçunun bu mövsüm bir-birinə uyğunlaşma problemi yaşaya biləcəyini deyib:
 
“İkisinin də dahi futbolçu olmasına baxmayaraq əvvəlcə bir-biriləri ilə və komandada necə oynayacaqlarına baxmaq lazımdı. İki oyunçunun bir-biri ilə uyğunlaşması problem ola bilər. Yəni, bir gəmidə iki kapitan problem yarada bilər. 
 
“Barselona” rəhbərliyinin Neymarı transfer etməsinə hörmətlə yanaşıram. Amma ikisini eyni komandada bir neçə il sonra oynatmaq daha yaxşı olardı”. 
 
Qeyd edək ki, Kroyf “Barselona”da 1973-78-ci illərdə futbolçu kimi oynayıb, 1988-96-cı illərdə isə məşqçi kimi fəaliyyət göstərib. 

Xəbər xətti