"Rəvan" yeni baş məşqçi ilə ilk məşqinə çıxdı

11:24 - 14 Avqust 2013

Qədirov yetirmələrinə saat yarım məşq keçdi
 
"Rəvan” Azərbaycan Premyer Liqasının III turunda üz-üzə gələcəyi "Bakı” ilə oyunun hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, "Bayıl stadionu”nda hazırlaşan komanda bu gün yeni baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında ilk məşqinə çıxıb. Dünənki məşqi sadəcə, izləyən 42 yaşlı mütəxəssis bu dəfə prosesə birbaşa nəzarət etdi.
 
Qədirov futbolçular və xətlər arasındakı anlaşmanı gücləndirmək üçün müxtəlif üsullara əl atdı. Yetirmələrinə saat yarım məşq keçən məşqçi texniki-taktiki hazırlığa xüsusi önəm verdi. Bu səbəbdən də futbolçular demək olar, toplu çalışmalarla "yükləndi”. Futbolçular məşqin son bölümündə qapıya zərbələr, cinah asmalarının qapanması üzərində işlədilər.

Xəbər xətti