"Fabio Koentrau "Real"ı tərk edəcək"

14:25 - 18 Avqust 2013

Ançelotti: "Hazırkı heyətdən razıyam"
 
“Real” portuqaliyalı müdafiəçi Fabio Koentrau ilə yollarını ayıracaq.
 
Sportal.az xəbər verir ki, təcrübəli oyunçu karyerasını başqa klubda davam etdirmək istəyir. Bu barədə "Betis"lə oyunöncəsi jurnalistlərin suallarını cavablandıran Madrid klubunun baş məşqçisi Karlo Ançelotti deyib:
 
“Koentrau bizdən xahiş etdi ki, onun getməsinə icazə verək. O, “Real”ı tərk edəcək. Ona görə də “Betis”lə oyunda iştirak etməyəcək.  
 
Beyl? Onu deyə bilərəm ki, hazırkı heyətdən razıyam. Amma əla futbolçular həmişə komandanı daha da güclü edir. 
 
Məqsədiniz? Yalnız qələbə qazanmaq yox, həm də gözəl futbol nümayiş etdirməkdi. Futbolçulara uyğun oyun üslubu yaratmaq daha vacibdi. Komanda yaxşı oynayarsa, azarkeşlər də razı qalar. “Santiaqo Bernabeu”da ab-hava həmişə möhtəşəm olub”.
 
Qeyd edək ki, 25 yaşlı Koentrau ötən mövsüm 16 oyunda iştirak edib və bir qol vurub. O, “Real”a 2011-ci ildə “Benfika”dan transfer olunub.  

Xəbər xətti