"Qəbələ"də iki yeni futbolçu

19:01 - 9 Sentyabr 2013

Komanda müdafiəyə xüsusi diqqət yetirir

 

Premyer Liqanın VI turu çərçivəsində paytaxtda keçiriləcək AZAL - "Qəbələ" oyununun hazırlıqlarını davam etdirən "qırmızı-qaralar"ın düşərgəsinə iki yeni futbolçu qatılıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  bunlar "Qəbələ"nin əvəzedicilər heyətində top qovan Müşfiq Teymurov və Murad Musayevdi. Ampluaca müdafiəçi olan futbolçulardan Müşfiq 1993-cü il, Murad isə 1994-cü il təvəllüdlüdü. Hər iki futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidi. 

Xəbər xətti